Fuad Muradov seçiciləri ilə görüzdü

img

13-06-2012 [12:38]


Bu gün Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri görüşüb. Əvvəlcədən müraciət etmiş 24 seçicinin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub. Müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı bir sıra məişət problemləri də yer alyıb. Fuad Muradova müraciət edən seçicilər əsasən iş, mənzil o cümlədən qanunvericiliklə bağlı bir sıra məsələləri haqqında ona məlumat veriblər. Müraciətlər arasında vətəndaşın yaşadığı evin dam örtüyünün dəyişdirməsi üçün hüquqi yardım, mənzil, sosial problemlər və işlə bağlı müraciətlər olub. Millət vəkili bütün vətəndaşların ərizələrini şəxsən qəbul edərək lazımı ünvanlara müraciət edəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA