Müxalifətdən AŞPA-ya sərt ittiham

img

12-06-2012 [05:53]


Bakıda səfərdə olan AŞ PA-nın həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt iyunun 12-də siyasi partiya təmsilçiləri ilə görüşüblər. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ALP sədri Əvəz Temirxan və ADP sədrinin müavini Həsrət Rüstəmov iştirak edib. AXCP mətbuat xidmətindən verilən məlumata görə, əsas müzakirə mövzusu Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində son illərdə qeydə alınan geriləmə olub. Görüş AŞ PA-nın Azərbaycanla bağlı mövqeyinin tənqidi ruhunda keçib. Müxalifət liderləri bəyan ediblər ki, Azərbaycandakı vəziyyəti müzakirə edən ?Human Right Watçh?, Amnisty İnternational, ATƏT, Avropa Birliyi kimi əksər nüfuzlu beynəlxalq təşkilatlar burada insan haqlarının pozulmasını birmənalı şəkildə qeyd edir, ölkədə avtoritarizmin gücləndiyini, demokratiyadan imtina olunduğunu vurğulayır. Azərbaycan hakimiyyətinə lobbiçilik edən insanların çalışdığı AŞ PA-da isə ölkəmizdə baş verənlərə adekvat reaksiya yoxdur. Müxalifət təmsilçiləri eyni zamanda, son illərdə Avropa Şurasının Azərbaycanda ciddi monitorinq aparmadığını tənqid ediblər. Məruzəçilərin hazırladığı məruzənin mətni də müxalifət təmsilçilərinin tənqidinə tuş gəlib. Həmməruzəçilərə Azərbaycan müxalifətinin, vətəndaş cəmiyyətinin narazılığı çatdırılıb. Bəyan olunub ki, AŞ PA öz prinsiplərinə hörmət edərək Azərbaycanda qanunların pozulmasına, avtoritar tendensiyanın güclənməsinə haqq qazandırmamalıdır və buna məsuliyyət daşıyan insanlar səhvlərini düzəltməlidirlər. "Qafqazinfo"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA