REAL-ın aksiyası dağıdıldı

img

12-06-2012 [01:20]


Xəbər verildiyi kimi, Respublikaçı Alternativ hərəkatı (REAL) bu gün Milli Məclis qarşısında etiraza hazırlaşırdı. Buna səbəb isə Milli Məclisdə şirkətlərdə payçıların adlarının kommersiya sirri olaraq gizlədilməsini nəzərdə tutan dəyişikliyə etirazdır. Bu gün saat 12:00 radələrində İlqar Məmmədov nəzərdə tutulan etiraz çıxışını edəcəkdi. Mia.az ?Deyerler.org?a istinadən xəbər verir ki, polislər aksiyanın keçirilməsinə maneə olublar. İlqar Məmmədov polis bölməsinə aparılıb. Aksiyaya toplaşan insanlar isə oradan kənarlaşdırılıb. Az öncə İlqar Məmmədovla əlaqə saxlanilrkən isə, deyib ki, onu şəhər kənarına aparırlar. Çox güman ki, onu orada sərbəst buraxacaqlar.#231;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA