Alman deputatlar Bakıdadır

img

06-06-2012 [11:55]


Almaniya Bundastaqının üzvləri Azərbaycana gəliblər. Bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib. Nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin üzvləri Hörst Şnellhardt və Markus Ferber, Bundestaqın üzvləri Tankred Sçipanski, Thomas Bareib, Kristof Graber, Bundestaqın və AŞPA-nın sabiq üzvü Eduard Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşlarıı Tim Braukmüller və Dimos Qatidis daxildir. Bundestaq üzvləri beş günlük səfər çərçivəsində Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək, Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə tanış olacaqlar. Almaniyalı deputatlar həmçinin sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşəcəklər. Bundastaq üzvlərinin, həmçinin Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalovla birgə penitensiar müəssisələrdə olmaları, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşləri nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA