Sülhəddin Əkbər ?Jeep? alıb

img

09-06-2012 [01:18]


Eks-spiker Rəsul Quliyevin lideri oladuğu Açıq Cəmiyyət Partiyasını sədr seçilmək Sülhəddin Əkbərə düşüb. Belə ki, Arvopadan səfərdən qayıdandan sonra S.Əkbər 50-60 min dollarlıq ?Jeep?də gəzməyə başlayıb. Bu barədə MİA-ya məlumat verən şəxsin sözlərinə görə, S.Əkbər yeni avtomobili özü sürmür, onun üçün sürücü də ayrılıb. Bizi bilgiləndirən şəxsin fikrincə, S.Əkbərə bu şəraiti yenicə anlaşdığı Rəsul Quliyev yaradıb: ?Məndə olan məlumata görə, Rəsul Quliyev Sülhəddin Əkbərə qısa müddətdə ACP-ni dirçəltməyi və ölkənin aparıcı siyasi partiyalarının sıralarına qoşmağı tapşırıb. Bunun üçün lazxım olan bütün maddi dəstəyin veriləcəyini də deyib. Nəzərə alsaq ki, Azərbaycanda partiyaların maddi durumu ağır vəziyyətdədir və bu səbəbdən də normal fəaliyyət göstərə bilmirlər, o zaman ACP-nin aktiv fəaliyyət göstərməsi üçün hər hansı bir problemin qalmayacağını demək olar. Yəni, maddi sıxıntılara görə digər partiyaların edə bilmədiyini ACP həyata keçirəcək?. Məlumatlı şəxs onu da bildirib ki, yaxın müddət ərzində Rəsul Quliyev ACP üçün geniş qərargah, yüksək səviyyəli texniki avadanlıqlarla təmin edəcək. Bundan əlavə, bir neçə elektron media orqanlarının fəaliyyət başlaması da gözləniləndir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA