Bahar Muradova ATƏT sədrinə iradlarını bildirib

img

14-06-2012 [03:05]


"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərdiyini, həmçinin həmsədr ölkələrin nüfuzunu nəzərə alsaq, bu məsələnin həlli yollarının olduğu görünür, əsas siyasi iradənin olmasıdır". Bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla görüşündə bildirib. B.Muradova bildirib ki, hazırda işğal faktı mövcuddur və buna qarşı həm ATƏT-in, həm də digər beynəlxalq təşkilatların münasibətləri açıq şəkildə ortaya qoyulmalıdır. "Fakt ondan ibarətdir ki, münaqişə Azərbaycan ərazisində gedir və həyatını itirənlər də azərbaycanlılardır", - deyə vitse-spiker qeyd edib. Daha sonra B.Muradova ATƏT-in hesabatlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin əks olunmamasından narahatlığını bildrib. ATƏT sədri E.Gilmor da son vaxtlar cəbhə xəttində baş verən insidentlərlə bağlı qurumun narahat olduğunu bildirib. "Belə bir fəaliyyət dayandırılmalı və hərbi qarşıdurmalara son qoyulmalıdır. Snayperlər cəbhə xəttindən kənarlaşdırılmalıdır". ATƏT sədri münaqişənin yalnız sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA