MMP 2013-cü il Prezident seçkilərinə dair qərar verdi

img

07-06-2012 [02:09]


Müasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və Rayon Təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib. İclasda partiyanın iyun ayının 4-də BMM-də keçirdiyi Siyasi Şuranın toplantısında MMP-nin mövqeyində nəzərdə tutulan dəyişikliklər haqda qəbul edilən qərarların icra mexanizminin işlənib hazırlanması məsələs müzakirə edilib. Qeyd edək ki, uzun zamandır MMP-də mübahisə müvzusu olan və partiya üzvləri arasında ikitirəlik yaradan məsələlərə qismən də olsa son qoyulub.Siyasi Şura partiyanın siyasi xəttində nəzərdə tutulan qərarlara etiraz etməsə də,bütövlükdə də də razılaşmayıb.Qərara alınıb ki,sual yaradan məsələlər İdarə Heyətində müzakirəyə çıxarılsın və ortaq məxrəcə gəlinsin. Toplantıda neçə vaxtdıp yaradılmış təbliğat- təşviqat quruplarına xalq arasında daha ciddı iş aparmaq üçün xüsusi təlimatlar verilib. Söz verdiyi kimi Muasir Musavat Partiyası artıq aktiv siyasi fəaliyyətə start verdi. Partiya 2013-cü il Prezident seçkilərinə siyasi mövqeyində çox ciddi dəyişiklik etmədən qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA