Müasir Müsavat da mitinq üçün müraciət etdi

img

07-05-2012 [08:08]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında MMP-nin İdarə Heyəti və Bakı rayon təşkilatlarının fəalları ilə birgə toplantı keçirib. MMP-nın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda bir daha ölkədəki antidemokratik şərait, İctimai televiziyada müxalifətə efir vaxtının ayrılmaması, məmur özbaşınalığı, korrupsiya və sosial problemlərin artmasının əhali arasında böyük narazılıqlara səbəb olması məsələsi müzakirəyə çıxarılıb. Get-gedə böyük təhlükələrə zəmin yaradan bu halların qarşının alınması üçün MMP-nin rayon təşkilatlarının təkidli tələblərindən sonra İdarə Heyətində mitinq keçirmək qərarı verilib. Artıq bu toplantıda Mitinq Komitəsinin fəaliyyəti yenidən bərpa edilib və komitəyə xüsusi tapşırıqlar verilib. İdarə Heyəti ölkədə yaranmış ictimai və sosial partlayış təhlükəsinin qarşısını almaq məqsədi ilə bu gün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Qeyd edək ki, MMP mayın 19-da, saat 15:00-dan 17:00-dək Nərimanov metro stansiyasının ətrafında və yaxud Füzuli meydanında beş min nəfərlik mitinq keçirməyə qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA