Ceyhun Bayramovdan Paşinyan yeni Konstitusiyası ilə bağlı paylaşımına reaksiya: "Hər hansı şərh vermək istəməzdim"

Ceyhun Bayramovdan Paşinyan yeni Konstitusiyası ilə bağlı paylaşımına reaksiya: \"Hər hansı şərh vermək istəməzdim\"

SİYASƏT

Bugün, 15:07

“Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan ictimai müzakirələr üçün Ermənistan cəmiyyətinə yeni Konstitusiyanın mətnini açıqladı. Bununla bağlı hər hansı bir şərh vermək istəməzdim. Bu, Ermənistanın daxili məsələsidir. Azərbaycan üçün önəmli olan orada yalnız bir məsələdir, çünki hazırda mövcud olan konstitusiyada Azərbaycana dair ərazi iddiaları var. Və bizi maraqlandıran yeni konstitusiyada belə bir iddiaların qeyd olunmamasıdır”.

Mia.az xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, açıqlanan yeni layihədə belə bir hal müşahidə edilmir: “Biz bunu çox müsbət inkişaf kimi dəyərləndiririk. Və bu prosesin Ermənistanda nə zaman başa çatması artıq Ermənistan rəhbəri və cəmiyyətinə aid olan bir məsələdir. Azərbaycan tərəfi isə bu barədə baş verən inkişafları gözləyəcək”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR