"Xəzər" dalğalandı, "Qarabağ"la "inter" sülhə razılazdı

img

07-04-2012 [11:56]


Bu gün Unibank Premyer Liqada 27-ci turun oyunları keçirilib. Qəbələnin eyniadlı komandası öz meydanında "Xəzəer Lənkəran"ı qəbul edib. Ötən turda son saniyələrdə "Bakı"ya məğlub olan (1:2) "Qəbələ" bu görüşdə doğma meydan amilindən maksimum yararlanmaq niyyətində idi. Lakin çempionluq uğrunda mübarizə aparan Lənkəran təmsilçisi erkən qolla görüşdən qalib ayrılıb - 1:0. Turun digər maraqlı görüşü isə "Şəfa" stadionunda baş tutub. Burada yerli "İnter" klubu "Qarabağ"la qarşılaşıb. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli böyük maraq doğururdu. Bu oyunda qələbə qazanacaq tərəf çempionluq yolunda böyük üstünlük qazanmış olacaqdı. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1. İkinci "altılıq"da da bir oyun keçirilib. Tovuzun "Turan" klubu öz meydanında "Kəpəz"lə qarşılaşıb. Təhlükəli zonadan uzaqlaşmaq uğrunda mübarizə aparan Tovuz təmsilçini bu görüşdə yalnız qələbə razı salacaqdı. "Kəpəz" isə bu görüşdə qələbə qazanmaqla turnir cədvəlində ikinci pilləyə yüksələ bilərdi. Lakin "Turan"a 0:2 hesabı ilə məğlub olan "Kəpəz" turnir cədvəlinin -3cü pilləsində qalıb. Qeyd edək ki, 27-ci tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. 16:00. ?Neftçi? ? ?Bakı? 17:00. AZAL ? ?Sumqayıt? 18:15. ?Rəvan? ? ?Simurq?

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA