AFFA ?Neftçi? klubunun cəzalandırıb

img

27-03-2012 [02:37]


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer liqanın XXV turunun oyunlarında baş verənlər də müzakirə olunub. ?Qəbələ? ilə matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə üzündən meydandan qovulan ?İnter?in futbolçusu Xəyal Mustafayev 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. ?Turan? ? ?Rəvan? qarşılaşmasının 73-cü dəqiqəsində ikinci sarı vərəqə üzündən qonaqları azlıqda qoyan Taqim Novruzovun da cəzası eyni olub. ?Neftçi? və ?Xəzər Lənkəran? arasındakı oyunda baş verənlər də cəzasız qalmayıb. Matçın 85-ci dəqiqəsində ?Neftçi?nin azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə edilməsi bakılılara 1000 manata başa gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA