?Marsel? "inter" yıxdı, "Bavariya" isə "Bazel"i darmadığn etdi

img

14-03-2012 [11:05]


Dünən axşam saatlarında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. Səfərdə Fransa "Marsel"inə 0:1 hesabı ilə məğlub olan "İnter" doğma azarkeşləri qarşısında qələbə qazanmağa çox yaxın olsa da, İtaliya nəhəngi son dəqiqələrdə qapısında gördüyü qolla mötəbər yarışda növbəti mərhələyə çıxmaq şansını itirib. Milan təmsilçisi ikinci hissədə hesabda iki top fərqli ilə önə çıxsa da, Fransa komandasının vurduğu bir qol qələbənin əhəmiyyətini itirib - 2:1. Bu hesab isə ?Marsel?in növbəti tura çıxmasına yetib. Günün digər qarşılaşması isə Almaniyada baş tutub. Burada yerli "Bavariya" klubu İsveçrə "Bazel"ininin daşını daş üstə qoymayıb. Səfərdə 0:1 hesabı ilə məğlub olan Almaniya klubu İsveçrəli həmkarlarını darmadağın edib - 7:0. Qeyd edək ki, 1/8 final mərhələsinin digər 2 cavab görüşü isə bu gün keçiriləcək. "Real" (Madrid) öz meydanında CSKA (Moskva) klubunu, "Çelsi" isə "Napoli"ni qəbul edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA