"Xəzər Lənkəran" açıqlama yaydı

img

03-04-2012 [11:52]


?Xəzər Lənkəran? klubu Unibank Premyer Liqanın 26-cı turu çərçivəsində ?İnter?lə keçirilən matçın rəsmi sayt vasitəsilə canlı yayımı haqda açıqlama verib. Klubun rəsmi saytında yayılan xəbərdə bildirilir: ?Belə ki, stadion ərazisinə yüksək sürəti təmin edən optik internet kabeli çəkilmişdir. Həmçinin oyundan bir gün öncə rəsmi saytda canlı yayımın izlənməsi barədə müvafiq izahat verilmişdir. Bundan əlavə elektron poçt və sosial şəbəkələr vasitəsilə azarkeşlərə oyunun getdiyi vaxt da daxil olmaqla gün ərzində sual vermək və operativ olaraq cavab almaq imkanı yaradıldı. Yayım üçün məhz mövcud proqramın seçilməsinin əsas səbəbi isə oyunun daha yaxşı nümayişini təmin etmək idi. Belə ki, bu proqram vasitəsilə oyunu eyni zamanda dörd kamera vasitəsilə çəkərək, lazım olan anda kameraları dəyişmək, həmçinin epizodların təkrarını nümayiş etdirmək mümkündür. Bununla belə, oyunun gedişatı zamanı bir sıra problemlər baş verdi. Əgər oyundan əvvəl kanalı ayarlayanlar test videoyazısını izləyə bilirdilərsə, oyun zamanı yayımda müəyyən dayanmalar baş verdi. Bunun əsas səbəblərindən biri də mövcud olan yerli serverin eyni zamanda mindən artıq sorğunu qəbul etmək iqtidarında olmaması idi. Çoxlu sayda sorğu virus hücumu kimi tanındığından serverin bloklanması baş verirdi ki, bunun üçün də yayımı dayandırıb təzədən başlamaq lazım olurdu. Yuxarıda göstərilən məqamlarla yanaşı qeyd etmək istərdik ki, artıq "İnter"lə oyun başa çatdığı saatdan etibarən tərəfimizdən bütün çatışmazlıqları aradan qaldırmaq üçün işlərə start verilib. Yerli serverlərin yayım üçün dayanıqlı olmadığı təqdirdə, xarici serverlərdən istifadə ediləcək. Növbəti ev oyununa qədər bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur? - deyə, klubun saytında yer alan açıqlamada bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA