"Qarabağ" ?Xəzər Lənkəranı?, ?Qəbələ? isə "Neftçi"ni büdrətdi

img

12-03-2012 [10:07]


Dünən Unibank Premyer Liqasında XXIII turun oyunları baş tutub. Hər iki "altılığ"ın final mərhələsində 3 qarşılaşma baş tutub.İkinci "altılığ"ın ilk oyunu Şəfa stadionunda baş tutub. Burada "Sumqayıt" klubu paytaxtın "Rəvan" klubu ilə qarşılaşıb. Çempionatın autsayderi olan Sumqayıt təmsilçisi təhlükəli zonadan uzaqlaşmaq üçün bu görüşdə qələbə qazanmağa çalışacaqdı. Lakin "Rəvan"ın son dəqiqələrdə vurduğu qol qonaqlara qələbə qazandırıb - 1:0. Digər oyun isə Tovuzda keçirilib. Bu mövsüm heç də yaxşı günlərini yaşamayan "Turan"ı AZAL-la görüşdə yalnız 3 xal razı sala bilərdi. Lakin Rafiq Mirzəyevin komandası gözlənilmədən rəqibinə böyükhesabla məğlub olub. Rəqibini 3 cavabsız qolla məğlub edən "Turan" çempionatda növbəti qələbəsini qazanıb - 3:0. Zaqatala təmsilçisi "Simurq" isə doğma azarkeşləri önündə "Kəpəz"i qəbul edəcək. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraq doğurmaya bilməz. Qazanılacaq bir xal isə daha çox meydan sahiblərini qane edəcək. Təsnifat mərhələsinin qalibi Bakının "Neftçi" klubu səfərdə "Qəbələ"nin qonağı olub. Bu mövsüm də çempionluğa oynayan Böyükağa Hacıyevin komandasının yalnız qələbəyə oynayacağı şübhə doğurmurdu. Lakin Fatih Kavlakın komandası rəqibinə heç bir şans verməyib. Fasiləyə 2:0 öndə yollanan "Qəbələ" ikinci hissədə daha 2 qol vurmaqla görüşdən qalib ayrılıb - 4:1. İkinci dövrəyə yaxşı start verən "Qarabağ" klubu doğma azarkeşləri önündə növbəti matçına çıxıb. "Xəzər Lənkəran"ı qəbul edəcək Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla rəqibi ilə xalını eyniləşdirmək niyyətindədir idi. Belə də olub. Georgi Adamiyanın vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazanıdırb - 1:0. Turun paytaxt derbisində isə "Bakı" və "İnter" klubları üz-üzə gəlib. Təsnifat mərhələsinin ilk görüşündə bu komandalar arasında qalmaqalın yaşanması derbiyə olan marağı artırırdı. "İnter" bu görüşdə qələbə qazanmaqla ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaqdı. Bu görüşdə Kaxaber Sxadadzenin komandası rəqibini 1:0 hesabı ilə məğlub edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA