Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi

img

09-03-2012 [06:04]


Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında qurumun hesabat-seçki konfransı keçirilir. Konfransda AFFA-nın prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilir. Səhər saatlarında baş tutan seçkidə Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib. Konfransda AFFA rəhbərliyinin hesabatı dinlənilib, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilib. Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində calışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir. AFFA prezidenti vəzifəsinə yeganə namizəd elə Rövnəq Abdullayev idi. AFFA-nın İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər ? Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA