AFFA ?Xəzər Lənkəran?ı 2000 manat cərimələyib

img

17-02-2012 [04:40]


Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın qış fasiləsindən sonra ilk turda baş verən xoşagəlməz olaylardan ümumilikdə 5000 manat cərimə kəsilib. Ən çox cərimə Lənkərandakı oyuna görə olub. Belə ki, ?Xəzər Lənkəran?ın azarkeşləri matçın 44-cü dəqiqəsində meydançaya kənar əşya atdığına görə klub 2000 manat cərimələnib. ?Bakı?nın 5, AZAL-la ?Turan?ın 4 futbolçusu sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimə ödəməli olacaq. Qeyd edək ki, XX turda qırmızı vərəqə alan futbolçu və məşqçi olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA