AFFA-dan Qurban Qurbanov və Sergey Yuranın imtina qərarına münasibət

img

13-02-2012 [05:40]


AFFA bəzi futbol klublarının baş məşqçilərinin milli komandanın Dubayda keçiriləcək toplanışdan imtina etməsi ilə bağlı mövqeyini açıqlayıb. Qol.Az-ın müxbiri ilə söhbətində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, toplanışa qatılmayacaq klubların mövqeyini özlərindən soruşmaq lazımdır: ?Milli komandanın baş məşqçisi belə təklif irəli sürüb ki, klubların baş məşqçiləri milli ilə bərabər Dubaya yollansınlar və komandamızın iki oyununu canlı izləsinlər. Bu toplanışı AFFA öz vəsaiti hesabına həyata keçirəcək. Bəzi klublar bizə toplanışda iştirak edəcəklərini rəsmi şəkildə bildiriblər. Kim imtina edirsə, bu onların şəxsi işidir. Toplanışda iştirak edəcək baş məşqçilərin adları tam bəlli olduqdan sonra, həftəsonu açıqlanacaq?. Xatırladaq ki, Qurban Qurbanov və Sergey Yuran milli komandanın Dubayda keçirilək toplanışından artıq imtina ediblər. ?Xəzər Lənkəran? klubunun baş məşqçisi Cüneyt Biçər və ?Qəbələ?nin çalışdırıcısı Fatih Kavlak isə hələ tam qərara gəlmədiklərini bildiriblər. Digər klubların baş məşqçiləri hələ gözləmə mövqeyindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA