AFFA klubların baz məzqçilərini Dubaya göndərir

img

10-02-2012 [05:06]


Fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışında Premyer Liqada çıxış edən bütün klubların baş məşqçiləri də iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyinin və yığmanın baş məşqçisi Berti Foqtsun qərarına əsasən, çalışdırıcılar AFFA-nın vəsaiti hesabına Dubay şəhərinə aparılacaq. Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA