Foqts "185"likdən kənarda qaldı

img

06-02-2012 [05:59]


Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) XXI əsrin ilk 10 illiyi üçün dünyanın ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Qol.Az-ın məlumatınan görə, 185 məşqçinin yer aldığı siyahıda Azərbaycan milli komandasının çalışdırıcısı Berti Foqts yer almayıb. Lakin "Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şefer siyahıda 59-cu pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıya 166 xalla "Mançester Yunayted"in əfsanəvi məşqçisi Ser Aleks Fergüsson başçılıq edir. "Arsenal"ın çalışdırıcısı Arsen Venger 165 xalla ikinci, "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo isə 154 xalla 3-cü olub. Dünyanın ən yaxşı məşqçilərinin ilk 10-luğu belədir: 1. Ser Aleks Fergüsson Şotlandiya 166 2. Arsen Venger Fransa 165 3. Joze Mourinyo Portuqaliya 154 4. Fabio Kapello İtaliya 135 5. Quus Hiddink Hollandiya 112 6. Karlo Ançelotti İtaliya 108 7. Visente del Boske İspaniya 104 8. Marselo Bielsa Argentina 101 Luiz Felipe Skolari Braziliya 101 10. Rafael Benitez İspaniya 97

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA