Roberto Karlos karyerasını baza vurur

img

30-01-2012 [03:17]


Dünya futbolunun canlı əfsanəsi Roberto Karlos bu ilin sonunda karyerasını başa vuracağını açıqlayıb. Qol.Az-ın məlumatına görə, İspaniyanın "Marka" qəzetinə danışan braziliyalı ulduz "Anji"nin sahibi Süleyman Kərimovun köməkçisi işləyəcəyini bildirib: "Anji" ilə 2013-cü ilin iyun ayına qədər müqaviləm var. Ancaq çox güman ki, bu ilin dekabr ayında karyeramı başa vuracağam. Bununla belə, "Anji"dən ayrılmaq fikrində deyiləm. Komandada qalıb Süleyman Kərimovun köməkçisi işləyəcəyəm. Çünki Kərimov məndən komandanın gələcək inkişafına yardım etməmi xahiş etmişdi. Mən də razılıq verdim və bundan sonra da "Anji"nin uğuru üçün çalışacağam". 38 yaşlı futbolçu eyni zamanda çalışdığı ən yaxşı baş məşqçiləri və vurduğu qolları da açıqlayıb: "Çalışdığım ən yaxşı məşqçilər kimi Visente Del Boske və Fabio Kapellonu qeyd edə bilərəm. Ən yaxşı qollara gəldikdə isə Braziliya millisinin heyətində cərimə zərbəsindən Fransaya və "Real" (Madrid klubunda künc zərbəsində "Tenerife"yə vurduğum qolları vurğulamaq istərdim".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA