Baku Fires-ın boksçuları Qazaxıstanda təlim-məzq toplantısı keçirib

img

30-12-2011 [02:12]


Baku Fires boks komandası Qazaxıstanda 10 günlük təlim-məşq toplantısı keçirib. MİA xəbər verir ki, Almatı yaxınlığında ?Alatau? müalicə-sağlamlıq kompleksində keçən təlim-məşq toplantısı bərpaedici xarakter daşıyıb. Komandanın məşqçi heyəti üç aylıq gərgin məşqlərdən sonra boksçuların Ümumdünya Boks Seriyası (WSB) yarışlarının qrup mərhələsinin ikinci dövrəsindən əvvəl güclərini bərpa etmələri üçün belə bir toplantının keçirilməsini vacib hesab edib. Məlum olduğu kimi, bu günlərdə komandaların yeni boksçularla güclənmək imkanı var. ?Transfer pəncərəsinin? müdddəti uzadılıb. O, yanvarın 1-də deyil, 10-da başa çatacaq. Yaxın günlərdə Baku Fires yeni idmançıları müəyyənləşdirəcək və bundan sonra onların adları açıqlanacaq. Qeyd edək ki, ?B? qrupunda beş döyüşdən sonra Baku Fires yüz faiz nəticə göstərərək, 15 mümkün baldan 15-ni toplayıb və 1-ci yeri tutur. Komandamız növbəti matçını yanvarın 14-də Çində Beijing Dragons-a qarşı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA