"Xəzər Lənkəran"a yeni baz məzqçi təyin edildi

img

06-12-2011 [03:00]


"Xəzər Lənkəran" futbol klubuna yeni baş məşqçi təyin edilib. Bu gün klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə keçirilən iclasda türkiyəli mütəxəssis Cüneyt Biçer komandanın yeni baş məşqçisi qismində futbolçulara təqdim edilib. Yayda komandaya gələn Biçer bu günə kimi "Xəzər Lənkəran"ın aşağı yaş qruplarına ümumi nəzarəti həyata keçirirdi. Klubla türk məşqçi arasında 1 il müddətinə müqavilə bağlanıb. Xatırladaq ki, ?Xəzər Lənkəran? klubunun baş məşqçisi Mirça Rednik uğursuz nəticələr səbəbindən klub rəhbərliyi tərəfindən dünən istefaya göndərilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA