AFFA-da gərginlik

img

06-12-2011 [02:53]


Bu gün AFFA İntizam Komitəsinin iclası keçiirlir. Qol.Az-ın məlumatına görə, iclasda xüsusi ilə üç məsələ əsas müzakirə mövzusudur. Bunlar ölkə kubokunun 1/8 finalının ?İnter? - ?Turan? matçında Tovuz klubunun matçı yarımçıq dayandırması, Unibank Premyer Liqasının 15-ci turunun ?Qarabağ? - ?Turan? oyunundan sonra hakimlərin döyülməsi və ?Xəzər Lənkəran? - ?İnter? qarşılaşmasında qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadzenin başının yarılması məsələsidir. ?Turan?a daha sərt cəza veriləcəyi gözlənilir. Komanda matçı yarımçıq tərk etdiyindən ona texniki məğlubiyyət və böyük məbləğdə pul cəzası kəsiləcək. Tovuz stadionunda hakimlərin döyülməsi faktına görə isə bu arenanın bir neçə oyunluq cəzalandırılacağı istisna edilmir. Qeyd edək ki, Sxadadzenin başının yarırlması faktına görə isə Lənkəran stadionu və ?Xəzər Lənkəran? klubunun cərimələnəcəyi gözlənilir. Son məlumatlara görə, iclas gərgin məcrada davam edir. İclasın saat 13.00-a qədər başa çatacağı gözlənilsə də, bu, baş vermıəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA