AFFA Foqtsla müqaviləni uzatdı

img

30-11-2011 [02:38]


Bu gün saat 13:00-da, ARDNŞ-nin baş ofisində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Qasımov, İsgəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev iştirak ediblər. İclasda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin uzadılıb-uzadılmaması məsələsi və "İnter" klubunun "Şəfa" stadionu ilə bağlı müraciəti müzakirə olunub. Tədbirdə eyni zamanda digər məsələlər də baxılıb. Qapalı keçirilən iclasda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılıb. Eyni zamanda "İnter" klubunun "Şəfa" stadionunu almasıyla bağlı məsələ müsbət həllini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA