AFFA ?Qəbələ? - ?Neftçi? oyunu ilə bağlı qərar çıxardı

img

22-11-2011 [04:32]


Bu gün AFFA-nın İntizam Komitəsi Unibank Premyer Liqasının XIII turunun ?Qəbələ? - ?Neftçi? matçında baş verən hadisələrlə bağlı qərar çıxarıb. ?Qəbələ? klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunurb. Oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimlərə fiziki təsir göstərməyə cəhd ediblər. Lakin klubun nümayəndələrinin və polislərin köməkliyi ilə baş verən hadisə tez bir zamanda aradan qaldırılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, ?Qəbələ? klubu təhlükəsizliyi təmin etmədiyi üçün 5000 manat cərimə olunub. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.Oyunun 41-ci dəqiqəsində ?Neftçi? klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı və matçın 90+2-ci dəqiqəsində ?Neftçi? klubunun azarkeşi meydançaya daxil olduğu üçün klub 2000 manat cərimə olunub. Hakimlər Komitəsinə oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat vermək tapşırılıb. Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun ?Bakı? - ?Turan? matçında Tovuz klubu iştirak etməyib. AFFA İntizam Komitəsi ?Turan?ı üzürlü səbəb olmadan oyunda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verib və 5000 manat cərimələnib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA