Yığmamız FiFA reytinqində irəlilədi

img

18-11-2011 [05:46]


Futbol üzrə yığma komandamız 23 noyabrda açıqlanacaq FİFA-nın dünya yığmalarının növbəti reytinq siyahısında 4 pillə irəliləyəcək. ?Football-rankings.info? saytı hesablamalar əsasında reytinq siyahısında komandaların düzülüşünü müəyyənləşdirib. Yığmamız ötən aya nisbətən aktivindəki xalların sayını 265-dən 300-ə çatdırıb ki, bu da yığmamızın noyabrın 23-də açıqlanacaq reytinq siyahısında 113-cü olmasına kömək edəcək. Türkiyə yığması ötən aykı reytinq siyahısı ilə müqayisədə 2 pillə geriləyərək 28-ci pillədə qərarlaşacaq. Reytinq cədvəlinin ilk dörd pilləsində heç bir dəyişkilik olmayacaq. İspaniya, Hollandiya, Almaniya və Uruqvay kollektivləri 1-4-cü yerləri bölüşdürür. İngiltərə kollektivi mövqeyini 2 pillə yaxşılaşdıraraq 5-ci pilləyə yüksəlib. Braziliya 6-cı, Portuqaliya 7-ci, Xorvatiya 8-ci, İtaliya 9-cu Argentina isə 10-cudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA