Rövnəq Abdullayev: ?Qurban Qurbanov hələ gəncdir?

img

11-11-2011 [05:26]


AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasında baş məşqçi məsələsinə növbəti dəfə münasibət bildirib. Qol.Az saytının məlumatına görə, assosiasiya başçısı bu gün jurnalistlərə açıqlamasında yığmamızı yerli mütəxəssisin çalışdırmağını istədiyini bildirib. Ancaq belə məşqçi sarıdan korluq çəkdiklərini gizlətməyən Abdullayev adı daha çox hallandırılan ?Qarabağ?ın çalışdırıcısı Qurban Qurbanovun namizədliyi ilə də bağlı fikrini açıqlayıb: ?Məndən olsaydı, yığmamızın baş məşqçisinin yerli olmağını istərdim. Ancaq bizdə hələ o səviyyədə mütəxəssis yoxdur. Qurban Qurbanov isə hələ gəncdir. Milli komandamızın baş məşqçisi məsələsinə AFFA-nın İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək?. Qeyd edək ki, 2008-ci ilin aprelindən millimizi çalışdıran almaniyalı Berti Foqtsun AFFA ilə bağladığı müqavilənin müddəti bu ilin sonunda bitir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA