AMiP Siyasi Şurası toplandı

img

02-11-2011 [10:16]


AMİP Siyasi Şurasının növbəti toplantısında ölkədəki mövcud durum, Azərbaycanla Türkiyə arasında bağlanmış qaz sazişi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, İranın Azərbaycana yönəlik təhdidləri, Qırğızıstanda keçirilən prezident seçkiləri, mətbuata basqılar və digər məsələlər müzakirə edilib. Ölkədəki sosial problemlərin və cəmiyyətdəki narazılıqların getdikcə artmasını, eləcə də, iqtidar-müxalifət münasibətlərinin qarşıdurma həddinə çatdırılmasının günahını hakimiyyətin yürütdüyü yanlış siyasətə bağlayan AMİP Siyasi Şurası böhrandan çıxmağın yolunu bir daha köklü islahatların aparılmasında, qanunların işləməsində, siyasi düşərgələr arasında qarşılıqlı inkardan əl çəkməkdə, demokratik dəyərlərə sayğılı yanaşmada görüb. Siyasi Şura Azərbaycanla Türkiyə arasında bağlanan qaz sazişini həm iki qardaş ölkə arasında ələqələrin dərinləşməsi, həm də Azərbaycanın iqtisadi asılılığının aradan qaldırılması baxımından əhəmiyyətli hesab edib. Azərbaycanın BMT Təhlükəsizilik Şurasına qeyri-daimi üzv seçilməsini mühüm hadisə kimi dəyərləndirən Siyasi Şura yaranmış fürsətdən Dağlıq Qarabağ probleminin çözülməsi üçün hakimiyyətin yürütdüyü xarici siyasətdə bunu diqqətə alacağına ümidvar olduğunu bildirib. O da vurğulanıb ki, Azərbaycan iqtidarı beynəlxalq aləmdə nüfuzunun möhkəmlədirilməsi ilə bağlı səylərini daha da artırmalı, ölkə daxilində hüquq və azadlıqların qorunması istiqəmətində ləngimədən real təsirli addımlar atmalıdır. Son zamanlar İranın Azərbaycana qarşı təhdid doğuran hərəkətlərini və yüksək rütbəlı iranlı dövlət məmurlarının hədələyici bəyanatlarını qəbuledilməz sayan AMİP Siyasi Şurası bunu beynəlxalq hüquq normalarına hörmətsizlik saymaqla yanaşı, iki qonşu dövlət arasında münasibətlərin normallaşdırılmasının vacibliyi qənaətinə gəlib. Siyasi Şuranın toplantısında, həmçinin, Qırğızistanda keçirilən prezident seçkilərinə də toxunularaq bu seçkilərin demokratik və şəffaf keçirilməsi baxımından post-sovet məkanında daha bir örnək kimi dəyərləndirilib və AMİP adından qırğız xalqına bu münasibətlə təbrik məktubu göndərilməsi qərarına gəlinib. Siyasi Şurada narahatlıq doğuran məqamlardan biri də hakimiyyətin mətbuata artan təzyiqləri ilə bağlı olub. AMİP Siyasi Şurası ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs olunmasını, eləcə də ?Yeni Musavat? qəzetinə qarşı qaldırılan məhkəmə iddialarını, ?Gündəm Xəbər? qəzetinin sıxışdırılmasını azad sözə və demokratik mediyaya basqıların davamı kimi qiymətləndirib və buna kəskin etirazını bildirib. Eyni zamanda Siyasi Şura Azərbaycan hakimiyyətindən mətbuata və azad söz daşıyıcılarına qarşı təyiqlərə və həbslərə son qoymasını tələb edib. Həbs olunanların isə dərhal azadlığa buraxılmasını istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA