Deputatlarımız Qazaxıstana gedib

img

26-10-2011 [01:32]


Milli Məclisin deputatları bu gün Qazaxıstanın paytaxtı Astanaya səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, millət vəkilləri Əhməd Vəliyev və Musa Quliyev ?Davamlı inkişaf: ənənələr və müasir təcrübə? mövzusunda keçiriləcək beynəlxalq seminarda iştirak etmək üçün səfərdə olacaqlar. Tədbirdə insan hüquq və azadlıqlarının təmin olunması, adət və ənənələrin qorunması, xalqlar arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın artırılması məsələləri müzakirə olunacaq. Deputatlar ölkəmizdə bu sahədə mövcud durum, görülmüş işlər barədə məlumat verəcəklər. Səfər oktyabrın 29-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA