Deputatlar "Neftçi"nin veteranları ilə yarızacaqlar

img

01-11-2011 [12:50]


Bu gün ?Şəfa? stadionunda Milli Məclisin futbol komadası ilə ?Nefçi? klubunun veterenları arasında futbol turniri keçiriləcək. Məlumatı Modern.az saytına deputat Fazil Mustafa verib. O, qeyd edib ki, turnir ?Neftçi?nin sabiq kapitanı, Azərbaycan futbolunun tanınmış simalarından olan İsgəndər Cavadovun 55 illik yubileyinə həsr olunub. Qarşılaşmada deputatlardan Siyavuş Novruzov, Azay Quliyev, Qüdrət Həsənquliyev, Fuad Muradov, Zahid Oruc, Ülvi Quliyev, Adil Əliyev, Aslan Cəfərov, Fazil Mustafa və digərləri iştirak edəcəklər. Milli Məclisin futbol komandasına kapitanlığı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov edəcək. ?Neftçi?dən isə oyuna Vəli Qasımov, Maşallah Əhmədob, İsgəndər Cavadov və digər tanınmış veteranlar qatılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA