UEFA türkləri ciddi sanksiya ilə hədələdi

img

21-10-2011 [11:51]


UEFA Türkiyənin Çempionlar Liqasındakı (ÇL) yeganə təmsilçisi olan "Trabzonspor" klubuna xəbərdarlıq edib. Buna səbəb isə ÇL-in qrup mərhələsinin II turu çərçivəsində "Lill"lə (Fransa) keçirilən oyunda "Trabzonspor"lu azarkeşlərin meydana daxil olmasıdır. Bu məsələ ilə bağlı kluba xəbərdarlıq məktub göndərən qitə futbol qurumu belə halın bir daha təkrarlanacağı təqdirdə komandaya ciddi sanksiya tətbiq edəcəyini bildirib. Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan "Trabzonspor" - "Lill" matçında yerli azarkeşlər meydana daxil olaraq, oyunun gedişinə mane olmuşdular.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA