Azərbaycan 20 pillə gerilədi

img

19-10-2011 [02:06]


FİFA oktyabr ayı üçün yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 20 pillə geriləyərək 117-ci yerdə qərarlaşıb. AÇ-2012-nin seçmə mərhələsinin son younlarında evdə Avstriyaya 1:4, Türkiyəyə isə 0:1 hesabı ilə məğlub olan millimiz 97-ci pillədən 117-ci yerə enib. Hazırda aktivində 265 xal olan Azəırbaycan millisi Qrenadadan bir pillə geridə, Lüksemburqdan isə bir pillə irəlidə qərarlaşıb. Reytinq siyahısına zirvəsində isə heç bir dəyişiklik baş verməyib. Siyahıya ötən ayda olduğu kimi İspaniya, Hollandiya və Almaniya üçlüyü başçılıq edib. Uruqvay 4-cü pillədə qərarlaşdığı halda, Braziliya millisi 2 pillə irəliləyərək 5-ci yerə yüksəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA