?Neftçi?nin sabiq baz məzqçisi Ukraynada

img

17-10-2011 [06:58]


UEFA-nın təşkil etdiyi məşqçilik kurslarında iştirak edən ?Neftçi?nin sabiq baş məşqçisi Arif Əsədov oktyabrın 27-dən 29-na qədər Ukraynanın ?Dinamo? (Kiev) klubunun düşərgəsində təcrübədə olacaq. Bu barədə Qol.Az saytına gənc mütəxəssis özü məlumat verib. Əsədovun sözlərinə görə, onun Kiev təmsilçisinin düşərgəsinə yollanması UEFA-nın tələbidir. ?Pro? kateqoriyalı kurslarda iştirak edən məşqçilər iki əcnəbi klubun düşərgəsində təcrübə keçməlidilər. Əsədov ikinci klub kimi Türkiyə çempionatında çıxış edən komandalardan birində təcrübə keçəcək. Bu isə mart ayına təsadüf edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA