Yığmamız seçmə mərhələni məğlubiyyətlə baza vurdu

img

12-10-2011 [12:04]


Bu gün futbol üzrə Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsində son oyununa çıxdı. Milli komandamız Türkiyə yığmasının qonağı oldu. Matç "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"da baş tutdu. Birinci hissəni yaxşı oynayan Azərbaycan millisi Türkiyə yığmasının qarşısında tab gətirə bildi. Beləliklə, oyunun ilk hissəsi qolsuz bərabərliklə bitdi: 0:0 İkinci hissədə vəziyyət dəyişdi. Oyunun ilk dəqiqələrindən qardaş komandanın oyunçuları üstünlüyü ələ ala bildilər. Matçın 60-cı dəqiqəsində Səlcuk İnan Burak Yılmaza uzun ötürmə verdi və sonuncu bu şansı lazımınca dəyərləndirdi: 1:0 Bundan sonra da oyun Türkiyə yığmasının üstünlüyü ilə davam edib. Lakin oyunda daha qol vurulmadı. Nəticədə Türkiyə yığması Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA