Millimizdən biabırçı məğlubiyyət

img

08-10-2011 [01:02]


Bu gün futbol üzrə Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. ANS PRESS-in məlumatına görə, bu il son ev matçında Avstriya millisinə qarşı matça çıxan Berti Foqtsun yetirmələri acı məğlubiyyətlə üzləşib. "Dalğa Arena"dakı oyunda ilk qol 34-cü dəqiqədə vurulub. Belə ki, rəqibin əks-hücumü zamanı Kamran Ağayev Andreas İvanşiçin zərbəsinin qarşısını ala bilməyib. David Alaba topu daha uyğun mövqedə olan İvanşiçə ötürüb və o, boş qapını nişan almaqda çətinlik çəkməyib: 1:0 Birinci hissəni məğlubiyyətlə bitirən millimiz ikinci hissəyə də uğursuz başlayıb. Belə ki, oyunun 51-ci dəqiqəsində rəqib komanda ikinci qolu vurub. Vaqif Cavadovun topu itirməsi nəticəsində avstriyalılar Mark Yanko ilə fərqi artırıb: 2:0 Bir az keçməmiş, oyunun 62-ci dəqiqəsində millimizin oyuncusu Vurğun Hüseynovun kobud səhvindən yararlanaraq Mark Yanko uzaqdan dəqiq zərbə ilə fərqi 3 topa çatdırıb. Məhz bu biabırçı qoldan sonra azarkeşlər Berti Foqtsu istefaya çağırmağa başlayıb. Deyəsən, elə bu addım futbolçularımızı ruhlandırdı. Məhz bundan sonra ikinci yarıda meydana çıxan Vüqar Nadirov uzaqdan dəqiq zərbə ilə fərqi azaldıb: 3-1. Matçın sonunda hakim oyunun əsas vaxtına 3 dəqiqə əlavə edib. Millimiz fərqi heç olmasa minimuma endirə biləcəyinə ümid etsə də, meydana ikinci yarıda çıxan avstriyalı futbolçu Marko Yunuzoviç müdafiədəki ani boşluqdan yararlanıb 4-cü topu qapımıza göndərib. Bununla da oyunda son nöqtə qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA