Əli Əhmədov Metyu Brayza ilə görüzüb

img

06-10-2011 [02:48]


Oktyabrın 6-da Yeni Azərbaycan Partiyasının sədr müavini ? icra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə partiyanın mənzil qərargahında görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilmiş, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Ermənistan ? Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ - ın regionla bağlı xarici siyasətində prioritet məsələ olduğunu xüsusi vurğulayan səfir Metyu Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb. Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir Metyu Brayza iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu vurğulayıb. YAP- ın sədr müavini Əli Əhmədov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində ATƏT ? in Minsk qrupunun həmsədri kimi ABŞ ? ın oynaya biləcəyi rolu yüksək dəyərləndirildiyini bildirib, və bu istiqamətdə Amerika administrasiyasının səylərini daha da artıracağına əminliyini ifadə edib. Bu gün Azərbaycanda həyata keçirilən islahatlara toxunan Əli Əhmədov qeyd edib ki, bu, uğurlu nəticələri olan islahatlardır və bu istiqamətdə atılan addımlar xalq tərəfindən böyük dəstəyə malikdir. Əli Əhmədov görüşdə daha sonra ABŞ diplomatına Yeni Azərbaycan Partiyasının hazırki fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA