ADP hakimiyyəti Avropadan nümunə götürməyə çağırır

img

13-10-2011 [05:11]


Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından işğalçıların çəkilməsi və Azərbaycan məcburi köçkünlərinin öz evlərinə qayıtmaq haqqının təsbit olunmasına dair qətnamə İsveç parlamentində qəbul edilməsi üçün qeydiyyatdan keçib. Qətnamə layihəsinin təşəbbüsçüsü Isveç Yaşıllar partiyasının Parlament fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplandır. ADP İsveç Parlamentinin bu təşəbbüsünü dünyada sülhün və ədalətin bərqərar olunmasında mühüm addım və digər dövlətlərin hökumətləri üçün bir nümunə kimi yüksək qiymətləndirir, digər Avropa dövlətlərinin Parlamentlərini və hökumətlərini analoji addımlar atmağa, təcavüzkarın deyil, təcavüzə məruz qalanın yanında durmağa çağırır. ADP Azərbaycan hökumətini və parlamentini bütün vasitələrlə bu kimi fəaliyyətləri dəstəkləməyə, eyni zamanda digər dövlətlərin parlamentlərində də bu cür qətnamələrin qəbul edilməsi üçün ciddi fəaliyyət göstərməyə çağırır. Avropa İttifaqının genişlənməsi və Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Fule Brüseldə çıxışında ?Şərq tərəfdaşlığı? və ?Yaxın qonşuluq? proqramına qoşulan dövlətlərə xitabən demişdir: ?Keçmişdə biz o qədər də vətəndaş maraqlarını ifadə etmirdik. İndi hakimiyyətlərlə yanaşı vətəndaş cəmiyyətləri ilə də əlaqə qururuq.? S.Fule daha sonra bunları deyib: ?Avropa İttifaqı bu quruma üzv olmaq üçün ilkin şərt kimi beş meyar irəli sürür: Söz və sərbəst toplaşmaq azadlığı, məhkəmələrin müstəqilliyi, Qanunun aliliyi, Korrupsiya qarşı mübarizə və azad seçki. Bu meyarları pozan məmurlara qarşı isə sanksiya tətbiq olunacağı nəzərdə tutulur.? ADP Aİ komissarının açıqlamasında səslənən bu fikirləri dəstəklədiyini və digər beynəlxalq təşkilatların da demokratiya və insan hüquqları məsələsində güzəştsiz mövqe sərgiləməsini zəruri hesab edir. ADP bir daha Azərbaycan hakimiyyətini Avropa İttifaqına inteqrasiya prosesini daha sürətlə həyata keçirməyə və bu baza prinsipləri əsasında ölkə daxilində təcili islahatlar aparmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA