AiDP müxalifətçilərin həbsini pisləyir

img

05-10-2011 [06:41]


?İslamçı demokrat olaraq İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş şəxslər barəsində məhkəmənin çıxardığı hökm ədalətsizdir və indiki məqamda hakimiyyətin onsuz da zədəli olan imici üçün zərbədir?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsində belə bir hökmün çıxarılması ölkədə vətəndaş hüquq və azadlıqlarına hörmət olunmadığını, sərbəst siyasi fəaliyyətə imkan verilmədiyini təsdiqləyir: ?Hakimiyyətin Eynulla Fətullayevin həbsdən buraxılmasından sonra belə bir addım atacağı o qədər də gözlənilən deyildi. Amma təəssüf ki, demokratik güclərin tələblərinə baxmayaraq hakimiyyət siyasi məhbus məsələsini yenidən aktuallaşdırdı?. T.Abbaslı deyib ki, AİDP azadlıqdan məhrum edilmə cəzasına məruz qalmış siyasi məhbuslar Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlı barəsində çıxarılmış məhkəmə hökmünü pisləyir, adıçəkilən şəxslər barəsində çıxarılmış hökmün tezliklə ləğv olunmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA