ilqar Altay: ?2 aprel məhbuslarına çıxarılmız hökm qanunsuz və ədalətsizdir?

img

04-10-2011 [10:50]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil təhqiqatçı-hüquqşünas İlqar Altay 2 aprel aksiyası zamanı həbs olunmuş müxalifətçilərə qarşı ittiham üzrə keçirilən məhkəmənin nəticəsinə etirazını bildirmişdir. Bu barədə bizimlə əlaqə saxlayan hüquqşünas aşağıdakıları bildirdi: ?6 aydan çox istintaq-məhkəmə prosesi getdi. Proses bütün ictimaiyyətin, ziyalıların, aidiyyətli mütəxəssislərin diqqətində oldu. Təəssüflər olsun ki, nə, ibtidai, nə də, məhkəmə istintaqının irəli sürülmüş ittihamlar üzrə, real fakt, dəlil-sübut, şahid ortaya qoyması müşahidə olunmadı. Çıxarılan hökmlər də bu səbəbdən, əsassız və qanunsuz olmaqla, mühakimə prosesinin istər-istəməz, siyasi sifariş mötivli olması qənaətinə gətirib çıxartdı?. İ.Altayın vurğulamasına görə, bu, onun göstəricisidir ki, 2 aperl 2011-ci ildə keçirilən mitinq dinc fikir və söz ifadə etmə aksiyası olmuşdur və orada qanun pozuntusu baş verməmişdir: ?Nəticə etibarılə, keçirilən istintaq-məhkəmə prosesi və çıxarılan hökmlər öz ədalətsizliyi ilə ictimaiyyət içərisində dərin narazılıq yaratmışdır. Artıq, Azərbaycan cəmiyyətinin qeyri-siyasi təbəqələri-ictimai təşkilatlar, tanınmış ziyalılar, alimlər, deputatlar, hüquqşünaslar, aidiyyətli mütəxəssislər məhkəmənin çıxartdığı qərarlara öz narazılıqlarını bildirirlər?. Bu ədalətsiz prosesi bir çox insanların psixoloji cəhətdən öz üzərində hiss etdiyini bildirən ekspert-kriminalist bununla, onların öz təhlükəsizlikləri barədə də narahat olmasına əsas verildiyini vurğuladı: ?Fikir yaranır ki, əgər şəhərin mədəni guşəsində dinc aksiya keçirən insanlar hüquq-mühafizə orqanları tərəfindən bu cür zorakılıqla şərlənib həbs olunursa, onda, məsələn, demokratik prinsiplərə arxalanıb, hakimiyyət və onun strukturları barədə müstəqil tənqidi araşdırmalar aparmış mütəxəssislərin, media numayəndələrinin aqibəti necə ola bilər??. İlqar Altay bu cür ədalətsiz məhkəmə qərarlarının Azərbaycan hakimiyyətinin və dövlətçiliyinin imicinə zərər vurduğunu qeyd etməklə birlikdə, həbs olunanların da azad olunacağına ümidlə yanaşdı: ?Hesab edirəm ki, geniş ictimai narazılıq doğurmuş ədalətsiz məhkəmə prosesi növbəti yuxarı məhkəmə instansiyası tərəfindən nəzərə alınmalı və Arif Hacılı da başda olmaqla, həbsdə olan bütün siyasi müxalifət nümayəndələri bəraət alıb azad olunmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA