"Azərbaycan hakimiyyəti ölkənin beynəlxalq nüfuz və reputasiyasının fərqində deyil"

img

04-10-2011 [01:25]


Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) birgə bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir. Azərbaycan hakimiyyəti ölkədə vətəndaş hüquq və azadlıqlarının təmin olunmadığını, sərbəst siyasi fəaliyyətə imkan verilmədiyini təsdiqləyən növbəti qərara imza atıb. Ölkənin demokratik qüvvələrinin və sivil dünyanın davamlı tələblərinə baxmayaraq, hakimiyyət Azərbaycanda siyasi məhbus anlayışını birdəfəlik aradan qaldırmaq əvəzinə, siyasi baxışlarına və fəaliyyətinə görə əsassız ittihamlarla həbs olunan vətəndaşların sırasını genişləndirməkdədir. İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs edilmiş Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlının müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələrinə dair məhkəmə hökmü bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti ölkənin beynəlxalq nüfuz və reputasiyasının fərqində deyil. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) azadlıqdan məhrum edilmə cəzasına məruz qalmış siyasi məhbuslar Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlı barəsində çıxarılmış məhkəmə hökmünü qətiyyətlə pisləyir. ALP və VİP bu qərarı Azərbaycanda konstitusion azadlıqların kobud şəkildə pozulması kimi dəyərləndirir və adıçəkilən şəxslər barəsində çıxarılmış hökmün ən qısa müddətdə ləğv olunmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA