BQP həbs edilənlər barədə məhkəmənin hökmünü pisləyir

img

04-10-2011 [01:07]


Böyük Quruluş Partiyası 2 aprel mitinqində həbs edilən şəxslər barədə prokurorluğun irəli sürdüyü ittihamların və məhkəmənin qərarlarını pisləyən münasibətini açıqlayıb. Partiyanın mətbuat xidməti tərəfindən yayılan sənəddə həbs olunanlar barədə məhkəmənin hökmü pislənilir və tutulan şəxslərin azad edilməsinə çağırış ifadə olunur. Partiya məhkəmənin qərarını ?Müxtəlif beynəlxalq təşkilatalrın, ayrı-ayrı nüfuzlu qurumların ölkəmizə qarşı irad və təzyiqlərinin artması, Azərbaycana dost olmayan güclərin bu amildən sui-istifadə etmələri üçün əllərinə düşəcək fürsət kimi dəyərləndirir. Bu faktın Azərbaycanda siyasi məhbus probleminin hələ də həllini tapmaması barədə müxtəlif səviyyələrdə səslənən fikirlərə haqq qazandırmaqla ölkənin beynəlxalq imicinə mənfi təsir etməsi və bu istiqamətdə təzyiqlərin artmasına gətirib cıxarması şübhəsizdir. Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasının 20-ci ildönümü ərəfəsəində həmin tarixi hadisələrdə rolu olan şəxslərin məhkəmə qərarı ilə həbsə məhkum edilməsi yerinə onların keçdiyi yola, müstəqilliyin əldə edilməsində göstərdikləri fədakarlığa qayğı ilə yanaşılması daha məntiqli və daha normal qəbul edilərdi.? Böyük Quruluş Partiyası İslam Partiyasının üzvlərinə qarşı ağır cəzalar verilməsindən də narahat olduğunu bidirir və ?inandırıcılığı kifayət qədər şübhələr doğuran ittihamlar üzrə vətəndaşlara həbs qəti imkan tədbirinin seçilməsi və ağır cəza verilməsi praktikasının da ədalət meyarı ilə ölçülə bilməyəcək tədbirlər və ölkənin ümumi mənafeyi ilə uzlaşmayan, demokratik mədəniyyətin inkişafına yardım etməyən addımlar olduğu bildirir. Sənəddə daha sonra deyilir: ?Böyük Quruluş Partiyası respublikamız üçün əlamətdar olan bu günlərdə ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apellyasiya şikayətinin Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılmasını təmin etməyə çağırır.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA