ADP hakimiyyəti bütün siyasi məhbusları təcili olaraq azad etməyə çağırıb

img

03-10-2011 [06:47]


Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmda baş verən ictimai-siyasi proseslər və partiya həyatına dair bir sıra cari məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə 2 aprel mitinqində həbs edilən şəxslər barədə prokurorluğun irəli sürdüyü ittihamların və məhkəmənin qərarlarını siyasi motivli olduğunu bir daha cəmiyyətin diqqətinə çatdırıb və hakimiyyəti bütün siyasi məhbusları təcili olaraq azad etməyə çağırıb. Partiya yetkililəri Avropa Şurası İnsan Hüquqları üzrə komissarının Azərbaycanda siyasi məhbus probleminin hələ də həllini tapmaması barədə verdiyi kəskin bəyanata mövqe bildirib və bu bəyanatın Azərbaycan reallıqlarını tam əks etdirdiyini diqqətə çəkib. Eyni zamanda İH üzvləri Avropa Şurasının Azərbaycanda siyasi məhbus məsələsinin həlli istiqamətində təsirli tədbirlər görməməsi nəticəsində vəziyyətin daha da gərginləşməsini qeyd edib və bu sahədə beynəlxalq təzyiqlərin artırılmasının zərruri olduğunu onların diqqətinə çatdırıb. İdarə Heyəti üzvləri İslam partiyasının üzvlərinə qarşı ağır cəzalar verilməsindən narahat olduğunu bidirib və bu mötiv üzrə vətəndaşlara həbs qəti imkan tədbiri görülməsi praktikasının və ağır cəza verilməsinin ədalətli və məqsədə müvafiq olmamasını məhkəmələrin diqqətinə çatdırıb. BMT Baş Assambleyasının 66-cı sessiyasında müzakirə olunan məsələlərə münasibət bildirən partiya rəsmiləri bu sessiyada Rusiya xarici işlər naziri S.Lavrovun və Ermənistan prezidenti S.Sarksyanın beynəlxalq hüquqla bir araya sığmayan və məzmunu Azərbaycan torpaqlarının ilhaq və işğalına xidmət edən bəyanatlarını qətiyyətrlə pisləyib və bu çıxışların Azərbaycan hakimiyyəti tərəfindən cavabsız qoyulmasını xarici siyasət idarəsinin diplomatik uğursuzluğu kimi dəyərləndirib. Toplantı iştirakçiıları belə bir beynəlxalq tribunadan xalqımızın əleyhinə yönəlmiş ittihamların cavabsız qalmasından narahat olduğunu qeyd edib və xarici siyasət idarəsini bütün məsələlərdə beynəlxalq səylərini artırmağa, orada təmsiil olunan müsəlman və türk dövlətlərinin dəstəyini almaq üçün praktik addımlar atmağa çağırıb. Rusiyada baş verən son siyasi gəlişmələrə münasibət bildirən toplantı iştirakçıları baş nazir V.Putinin yenidən prezidentliyə namizədliyinin gündəmə gəlməsini nəinki MDB ölkələrində, bütövlükdə dünyada sülh və təhlükəsizliyin pozulmasının yeni start nöqtəsi kimi dəyərləndirib və dünya güclərini antidemokratiyanın yenidən gücləndiyi bu ölkəyə həssas yanaşmağa çağırıb. Almaniyanın Ermənistandakı səfirinin bu ölkənin müstəqilliyinin yaranmasının 20 illiyi münasibəti ilə keçirildiyi tədbirlərdə nümayiş etdirilən hərbi paradın guya ermənilərin hərbi qüdrətinin əks etdirməsini və Azərbaycana işğal olunmuş ərazilərini hərb yolu ilə geri qaytarmaq cəhdində bulunduğu halda kəskin cavab veriləcəyi haqda fikir bildirməsini onun səfirlik missiyası ilə bir araya sığmadığını, diplomatik etiketə zidd olduğunu qeyd edib və Azərbaycan xarici işlər nazirliyindən bu məsələ ilə bağlı müvafiq nota verilməini tələb edib. Avropa İttifaqı şərq tərəfdaşlığı layihəsi üzrə Varşavada keçirilən sammitdə demokratiya fondunun yaradılması ilə bağlı müzakirə olunan məsələyə münasibət bildirən İH üzvləri ABŞ və Avropa tərəfindən bu günə qədər yaradılan bu tip fondların fəaliyyətindəki passivliyini qeyd etməklə yaradılan bu fondun həqiqətən də demokratiyanın müdafiəsinə yönələcəyinə ümid etdiyini bildirib. ABŞ-da (Nyu York) işsizlik əleyhinə təşkil edilən yürüş-mitinqdə çoxlu sayda insanların həbs edilməsi faktından narahat olduğunu bildirən toplantı iştirakçıları demokratiyanın beşiyi sayılan bu ölkədə sərbəst toplaşma azadlığına qarşı yönələn bu hərəkətin yolverilməz olduğunu diqqətə çatdırıb və bu cür hadisələrin antidemokratik rejimlər üçün insan hüquq və azadlıqlarını boğmaq üçün pis bir nümunə ola biləcəyini qeyd edib. İclasda ADP üzvlərinin İctimai palatadakı üzvlük məsələsi ətrafında da müzakirələr aparılıb və bu quruma daxil olan bir sıra şəxslərə qarşı hazırda hakimiyyət tərəfindən siyasi təqib kompaniyası aparılması əsas götürülərək partiya üzvlərinin bu qurumda fəaliyyətlərinə son verilməsi məqsədəuyğun hesab edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA