AiDP sədri Vasif Talıbovu günahlandırdı

img

30-09-2011 [12:57]


Ötən bazar Azərbaycan Demokrat Partiyasının qərargahında ?Vətəndaş Hərəkatı? təşəbbüs qrupunun təşkilatçılığı ilə Naxçıvana həsr edilmiş konfrans geniş müzakirələrə səbəb olub. Digər siyasi qüvvələr də bu bölgədə baş verənlərlə bağlı mövqe sərgiləyirlər. Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı hesab edir ki, Naxçıvanın üzləşdiyi problemlərə həsr olunan tədbirlər tez-tez keçirmək lazımdır: ?Bölgədən gələn məlumatlardan belə aydın olur ki, Naxçıvanda qanunlar deyil qaydalar rol oynayır. Hətta burada insanlara işgəncə verilir. Paytaxtdan fərqli olaraq bu bölgədə informasiyaya asanlıqla məhdudiyyət qoyulur. İnsanların media ilə əlaqələrinə maneçilik törədilir. Insanlar üzləşdikləri problemləri mətbuata çatdıra bilmirlər?. Bu məsələdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu günahlandıran AİDP sədri hesab edir ki, onun bu davranışı bu bölgədə sosial partlayışa gətirib çıxaracaq: ?Məndə olan məlumata görə, Naxçıvanda media nümayəndələrinin sərbəst hərəkətinə, hüquq müdafiəçilərinin fəaliyyətinə maneçilik törədilir. Siyasi fəaliyyətlə sərbəst məşğul olmaq mümkün deyil. Internetə çıxış məhdudlaşdırılır. Bir sözlə Naxçıvanda feodalizm hökm sürür. Əcnəbi jurnalistlər haqlı olaraq, buranı çəpəri olmayan həbsxanaya bənzədir, diplomtlar isə deyir ki, Naxçıvanda hamı bir yorğana bükülüb?. Prezidenti Naxçıvanda baş verənlərə laqeyd qalmamağa dəvət edən AİDP sədri hesab edir ki, müxalif qüvvələr Naxçıvana diqqət göstərməlidirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA