Milli Məclisin payız sessiyası bazlayıb

img

30-09-2011 [12:44]


Bu gün Milli Məclisinin 2011-ci ildəki payız sessiyasının ilk iclası keçirilir. Sessiya Azərbaycanın Dövlət Himninin oxunması ilə açılıb. Sonra spiker Oqtay Əsədov danışıb. O, bildirib ki, millət vəkilləri Milli Məclisin geridəqalan yaz və növbədənkənar iclaslarında fəal iştirak ediblər, həmin dövrdə 14 iclas keçirilib, 139 qanun və qərar qəbul olunub. Spiker bildirib ki, Milli Məclisin deputatları ölkənin ictima-siyasi həyatında böyük rol oynayıblar. Onlar əhəmiyyətli işlər görüblər, seçicilərlər də görüşüblər. Oqtay Əsədov qeyd edib ki, bir neçə gün sonra parlamentdə MDB Parlament Assambleyasının hüquq komitəsinin və Mərkəzi Seçki komissiyalarının iştirakı ilə iclas, oktyabrın 11-də isə Azərbaycan parlamenti tarixində ilk dəfə olaraq bir neçə parlament assambleyasının birgə böyük konfrans keçiriləcək. Noyabrın 2-də isə TürkPA ilk komissiya iclası, dekabrda AŞ PA-nın komitə iclası olacaq. Spiker Azərbaycanın AVRONEST-ə üzv qəbul olunduğunu xatırladaraq qurumun ikinci ssesiyasının Bakıda keçiriləcəyini vurğulayıb. Bugünkü iclasın gündəliyinə 27 məsələ daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA