ALDP narazılığını bildirir

img

28-09-2011 [01:53]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, regionda və dünyada baş verən hadisələr və müstəqilliyimizin 20 illiyi ilə bağlı müzakirələr aparılıb. F.Əliyev bildirib ki, daxili ictimai-siyasi vəziyyət ürək açan deyil. Həmişə olduğu kimi ölkədə insan haqlarıın qorunması ilə bağlı və korrupsiyaya qarşı aparılan işlər ictimaiyyəti razı salmır. Regionda isə vəziyyət Dağlıq Qarabağ probleminin həll olunmaması üzündən getdikcə pisləşir. Münaqişənin həlli ilə bağlı danışıqlara ara verilməsi müharibə ehtimalını artırıb. F.Əliyev bildirib ki, artıq rəsmi Bakı danışıqlardan imtina etməli və işğal olunmuş torpaqlarını BMT Nizamnaməsinə uyğun hərb yolu ilə azad etməlidir. Müstəqilliyimizin 20 illik yubileyinə digər siyasi partiyalar kimi ALDP-nin də hazırlaşdığını deyən partiya sədri həmin günün ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını deyib. Lakin partiya sədri milli qəhrəmanlarımız "Çingiz Mustafayev" və "Salatın Əsgərova" gəmilərinin Xəzər Dəniz Neft Donanmasının gəmiqayırma zavodunda illərdir təmirə dayandırıldığından narahatlığını bildirib. Onun sözlərinə görə Azərbaycanın müstəqilliyi, topraqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən milli qəhrəmanlarımızın Xəzər sularında adlarını əbədiləşdirən gəmilərin illərdir təmirsiz və baxımsız qalması onların ruhuna hörmətsizlikdir. ALDP hesab edir ki, "Çingiz Mustafayev" və "Salatın Əsgərova" gəmiləri tezliklə təmir olunaraq Xəzər sularına buraxılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA