Elnur Aslanov: ?Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı artıq ölkə prezidenti tapzırıq verib?

img

27-09-2011 [12:45]


Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib ki, Gənclər fondunun yaradılması üzrə təkliflər hazırlanıb. Bununla bağlı təkliflər yaxın günlərdə Prezidentə təqdim ediləcək. E.Aslanovun sözlərinə görə, ?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının bəndləri üzrə müəyyən işlər görülür. 2012-ci ilin yanvarından etibarən Dövlət Proqramının hər bir gəncin hiss edəcəyi şəkildə daha səmərəli və sürətlə həyata keçiriləcəyini vurğulayan PA rəsmisi deyib: ?Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı artıq ölkə prezidenti tapşırıq verib?. ?Bəzi məsələlər texniki hazırlıq tələb edir. Proqramda olan mühüm bəndlərdən biri də Gənclər şəhəri və bölgələri ilə bağlıdır. Bu bənd bölgələrdə gənclərin problemlərinin həll edilməsinə istiqamətlənib. Yaxın zamanlarda Azərbaycanın bölgələrindən biri gənclər bölgəsi elan olunacaq. Proqram üzrə bu bölgədə işlərə start veriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA