Ramin Musayev: ?PFL-in futbolçuları qorumaq üçün nə ordusu var, nə də mühafizə dəstəsi?

img

26-09-2011 [01:31]


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ?Neftçi? ? ?Bakı? oyunundan sonra qonaq komandanın futbolçusu Elvin Əliyevin başına gələn xoşagəlməz hadisəyə münasibət bildirib. Musayev Qol.Az-ın müxbiri ilə söhbətində hər iki klub rəhbərliyi ilə görüşdüyünü və məsələnin yoluna qoyulduğunu söyləyib. PFL prezidentinin sözlərinə görə, artıq hadisənin səbəblərinə aydınlıq gətirilib: ?Heç kim belə bir hadisənin olmağını istəməzdi. Hər iki klubun rəhbərliyi ilə söhbət eləmişik. Həm ?Neftçi?, həm də ?Bakı? rəhbərliyi bəyanat verərək, məsələni yoluna qoyduqlarını bildiriblər. Artıq problem öz həllini tapıb. Klub nümayəndələri görüşüb, hadisənin səbəblərinə aydınlıq gətiriblər?. PFL-in futbolçuların təhlükəsizliyinə cavabdeh olmadığını söyləyən Musayev bu vəzifənin birbaşa polislərə aid olduğunu bildirib: ?Futbolçuların təhlükəsizliyinə PFL təminat vermir. Oyunçuların təhlükəsizliyini polislər qoruyur. PFL-in futbolçuları qorumaq üçün nə ordusu var, nə də böyük mühafizə dəstəsi. PFL-də cəmi 10 nəfər mühafizəçi var ki, onlar da hakimləri qoruyurlar?. Musayev baş verən hadisədən sonra Elvin Əliyevin onun haqqında səsləndirdiyi ?Ramin Musayev hara baxır?? fikirlərinə də münasibət bildirib: ?Bu barədə mən artıq danışmışam. Elvinin bu fikirlərinə cavab olaraq onu deyə bilərəm ki, matç zamanı yaşanan insident oyunda qalırdısa, matçdan sonra ?Neftçi?nin avtobusunun yanında nə edirdin? Meydanda baş verənlərə görə, Elvini günahlandırmıram. Amma hadisələrin baş verməsinin başlanğıcını onda görürəm. Elvinlə Mirhüseyn meydanda bir-birilərinin səhvlərini anlayıb, üzr istəsəydilər, oyundan sonra belə hadisənin şahidi olmayacaqdıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA