YAP-da ümumrespublika müzavirəsi keçirilib

img

24-09-2011 [02:18]


Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu inkişaf YAP-ın gücünü, nüfuzunu artırır, eləcə də gördüyü işlərin miqyasının genişlənməsi ilə şərtlənir. Partiya yetkilisi deyib ki, müşavirə konfranslara hazırlıq məsələlərinə həsr olunub. ?Hesab edirəm ki, bu, partiya daxilində böyük bir kampaniyadır və Nizamnamə tələblərinə uyğun şəkildə konfransların keçirilməsi YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyətinə qiymət vermək imkanı yaradır. Düşünürəm ki, YAP-ın artan nüfuzu, güclənən mövqeləri nəzərdə tutduğumuz konfransların yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yeni Azərbaycan Partiyasının uğurlarını nəzərə alaraq qeyd etmək istəyirəm ki, rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsi partiyamızın həyatında əhəmiyyətli hadisə olacaqdır?- deyə YAP Sədrinin müavini vurğulayıb. Müşavirədə həmçinin, YAP İcra katibinin müavini Siyavuş Novruzov çıxış edib, partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi ilə bağlı hazırlanmış təlimata uyğun tövsiyələri yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA