Müsavat və AXCP funksionerlərinin məhkəmə istintaqı yekunlazıb

img

23-09-2011 [05:10]


Bu gün İctimai Palatanın 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gəclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İclasda müdafiə tərəfinin şahidləri dindirilib. Dindirmə başa çatandan sonra prokuror deyib ki, iş üzrə kifayət qədər məhkəmə istintaqı aparılıb. Vəkillər isə bildiriblər ki, təqsirləndirilən şəxslərin günahsızlığını sübuta yetirmək üçün yetərincə dəlil təqdim edilib. Hər iki tərəf məhkəmə istintaqının başa çatmasına razılaşdıqdan sonra hakim bu haqda qərarı elan edib. Proses prokurorun yekun qərarla bağlı təklif verməsi ilə davam edəcək. Prokuror təklifini açıqlamaq üçün sentyabrın 26-dək vaxt istəyib. Hakim bununla razılaşıb və beləliklə, növbəti proses sentyabrın 26-na təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA