Səməd Seyidov israil səfiri ilə görüzüb

img

22-09-2011 [03:23]


Sentyabrın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov İsrailin Azərbaycandakı Mixail Lavon Lotemlə görüşüb. ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, S. Seyidov universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini deyib. O, mərkəzin İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olduğunu qonağın diqqətinə çatdırıb. Səfir isə ikitərəfli münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın təkan verdiyini söyləyib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA